Noel Le Qred: "Benzemanın milliyə qayıtması mümkün deyil"

18 Noyabr, 10:42 Sosial mediada paylaşın:
Fransa Futbol Federasiyanın prezidenti Noel Le Qred Kərim Benzemanın milliyə qayıdıb-qyıtmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Federasiya rəhbəri yerli mətbuata açıqlamasında “Real”ın hücumçusunun bir daha yığmaya dəvət amayacağını deyib:
 
"Kərim əla futbolçudur, heç vaxt onun karyerası ilə bağlı iradımız olmayıb. Bu mövsüm bir daha necə lazımlı oyunçu olduğunu təsdiq edir. Amma milli komandaya gəlincə...Bu, mümkün deyil. Onun yığma macərası başa çatıb".
 
Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.

CANLI YAYIM