Almaniya yığmasından rekord göstərici

18 Noyabr, 10:46 Sosial mediada paylaşın:
Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Belarus yığmasına 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanan Almaniya yığması rekorda imza atıb.
 
Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.
 
Almanlar 1972-ci ildən indiyədək bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.
 
Qeyd edək ki, Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi olublar.

CANLI YAYIM