“Barselona” Messi ilə danışıqlara başladı

18 Noyabr, 15:48 Sosial mediada paylaşın:
“Barselona” Lionel Messi ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlara başlayıb.
 
Bu haqda klubun idman direktoru Erik Abidal bildirib.
 
 “Bir müddətdir danışıqlar gedir. Hər şey futbolçu və onun ətrafının verəcəyi qərardan asılı olacaq. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ müsbət həllini tapmaqla yekunlaşacaq” – deyə o qeyd edib.
 
Messi ilə hazırkı müqavilənin vaxtının 2021-ci ilin yayında bitəcəyi bildirilir.

CANLI YAYIM