Bundesliqa klubunda yeni baş məşqçi

19 Noyabr, 10:20 Sosial mediada paylaşın:
Bundesliqa təmsilçisi "Maynts"ın yeni baş məşqçisi müəyyənləşib.
 
Bu vəzifəyə Axim Bayerlorzer təyin edilib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən  Sandro Şvartsı əvəzləyib.
 
Qeyd edək ki, Bayerlorzer bu mövsümün əvvəl "Köln"ün baş məşqçisi təyin olunmuş, ancaq 9 gün əvvəl klubla yolları ayırmışdı.

CANLI YAYIM