Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançıların 49 faizi qadınlar olacaq

19 Noyabr, 16:38 Sosial mediada paylaşın:
Tokio-2020 Yay Olimpiya Oyunlarında gender bərabərliyi təmin olunacaq.
 
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib. Onun sözlərinə görə, Yaponiyanın paytaxtında baş tutacaq yarışlarda iştirak edəcək idmançıların 49 faizi qadınlar olacaq.
 
T.Bax olimpiadadakı gender bərabərliyinin dünyanın bütün idman təşkilatları üçün bir siqnal olacağını vurğulayıb.
 
Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

CANLI YAYIM