Dünya və Avropa çempionu Çin millisini çalışdıracaq!

20 Noyabr, 09:31 Sosial mediada paylaşın:
37 ildir - 1982-ci ildən məşqçilik edən Luis Felipe Skolariyə Çin millisindən təklif gəlib.
 
Geridə qalan illərdə 27 klub-millinin baş məşqçisi olmuş 71 yaşlı braziliyalı mütəxəssis yenidən Asiya qitəsində işləyəcək.
 
2015/2017-ci illərdə Çinin "Quançjou Everqrand" klubunu çalışdırmış məşqçiyə bu ölkənin futbol federasiyasından dəvət gəlib. "Xinhua Sports"un məlumatına əsasən, Skolari ötən həftə millidən istefaya göndərilən qocaman məşqçi Marçello Lippini əvəzləmək üçün Çinə çağırılıb.
 
71 yaşlı Lippi ötən həftə DÇ-2022-nin seçmə qrup mərhələsi çərçivəsində Çinin Suriya yığmasına məğlubiyyətindən (1:2) sonra vəzifəsindən kənarlaşdırılıb. Asiya mətbuatının iddiasına inansaq, Çində çıxış edən braziliyalıların çoxluğu və onların bir neçəsinin milliləşdirilmək ehtimalının yüsək olması, həmçinin Çin dövlətinin də bu məsələyə isti yanaşması 2019-cu ildə "Palmeyras"dan ayrılmış Skolarinin Pekinə yollanmaq ehtimalını artıran səbəblərdən biridir.
 
İşlədiyin klubların əksəriyyəti ilə nailiyyətlər əldə etmiş Skolari 2002-ci ildə Braziliyanı tarixində 5-ci dəfə dünya çempionu edib, Portuqaliya millisinə isə tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. Son uğurları 2015, 2016 və 2017-ci illərdə ardıcıl 3 dəfə "Quançjou Everqrand"ı Çin, 2018-ci ildə "Palmeyras"ı Braziliya çempionu etməsidir.

CANLI YAYIM