Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir

20 Noyabr, 09:37 Sosial mediada paylaşın:
Fransa yığmasının futbolçusu Antuan Qrizmann İspaniyanın “Barselona” klubunu tərk etmək istəyir.
 
28 yaşlı forvard kapitan Lionel Messi ilə problem yaşadığı üçün çıxış yolunu getməkdə görür. Onun karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirməyə müsbət yanaşdığı bildirilir.
 
Məlumata görə, Qrizmann PSJ-dən Neymarın qaytarılması üçün istifadə oluna bilər.
 
Qeyd edək ki, Qrizmann bu ilin yayında İspaniya “Atletiko”sundan 120 milyon avroya “Barselona”ya keçib. 

CANLI YAYIM