Messi Peleyə yaxınlaşır

20 Noyabr, 09:38 Sosial mediada paylaşın:
Argentina yığmasının lideri Lionel Messi yığmadakı qollarının sayını 70-ə çatdırıb.
 
Uruqvayla yoldaşlıq görüşündə (2:2) penaltidən fərqlənən "Barselona"nın futbolçusu bununla da milli komandanın heyətində ən çox qol vuran ikinci cənubi amerikalı futbolçu olub.
 
Messi bu siyahıda lider - Braziliya millisininin əfsanəsi, "futbol kralı" Peledən 7 top geri qalır. Argentina millisinə gəlincə, komanda tarixində ən çox qol vuran ikinci futbolçu Qabriel Ömər Batistutadır (54 qol). Serxio Aquero 42 topla 3-cü, Ernan Krespo 35 topla 4-cü, Dieqo Maradona isə 34 qolla 5-ci pillədə qərarlaşıb.

CANLI YAYIM