Maradona Argentina klubundan ayrıldı

20 Noyabr, 10:53 Sosial mediada paylaşın:
Argentina Superliqa təmsilçisi "Ximnasiya"nın baş məşqçisi Dieqo Maradona istefa edib.
 
Bu barədə klubun prezidenti Qabriel Pelleqrino məlumat verib: "Maradona artıq "Ximnasiya"nın baş məşqçisi deyil".
 
Qeyd edək ki, D.Maradona  cəmi 2 ay yarım çalışdırdığı "Ximnasiya"nı 8 matça çıxarıb və bu qarşılaşmaların 5-dən məğlub  ayrılıb. Komanda hazırda ölkə çempionatında 13 turdan sonra 10 xalla 22-ci pillədə qərarlaşıb.

CANLI YAYIM