Samir Abasov: "Honda mövsümün sonuna qədər "Neftçi"də oynayacaq"

9 Mart, 11:48 Sosial mediada paylaşın:
"Neftçi"nin baş məşqçisi Samir Abasov məşhur futbolçu, Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəldikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 
O, bu məlumatı təsdiqləməklə bərabər yaponiyalının mövsümün sonunadək “flaqman”da oynayacağını deyib. "Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilən oyunçudur. O, müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər". Sitatın sonu. Qeyd edək ki, yaxın günlərdə “Neftçi” ilə müqavilə bağlamaq üçün paytaxtımıza gələcək Keyesuki Hondanın son klubu Portuqaliyanın “Portimonense” komandası olub.

CANLI YAYIM