Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
2020-ci il yay Olimpiya Oyunları İstanbulda keçirilə bilər.
16-08-2011

2020-ci il Yay Olimpiya Oyunları İstanbulda keçirilə bilər. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulun 2020-ci il yay Olimpiya oyunlarınına ev sahibliyi uğrunda mübarizə aparacağını rəsmən elan edib. Hədəflərə nail olacağına inandığını bildirdən Türkiyə Baş naziri Türkiyənin dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu deyib. Türkiyə baş naziri idmana sərmayə yatırdıqlarını və bunu davam edəcəklərini bildirib. Ayrılacaq büdcə ilə bağlı hər hansı bir açıqlama verməyəcəyini deyən Ərdoğan “Büdcə mövzusunda hər hansı bir sıxıntı yoxdu, nə lazımdırsa ediləcək” deyə bildirib. Bu günə kimi olimpiya oyunlarına ev sahibliyi edən ölkələr arasında müsəlman dövlətin olmadığını vurğulayan Türkiyə baş naziri bu ilkə imza atmaq niyyətində olduqlarını bildirib. “Terrorun dini, dili, milləti, milliyyəti, vətəni yoxdu. Buna qarşı bir sülh və həmrəyliyin meydana gəlməsi lazımdı. İdman bu istiqamətdə ən əhəmiyyətli amillərdən biridi. Bizlər Türkiyə olaraq İspaniya ilə başlatdığımız mədəniyyətlərarası ittifaqı müddəti içində idmanı ən əhəmiyyətli bir nöqtə olaraq düşünürük. Bu ana qədər olimpiya oyunlarına ev sahibliyi edən ölkələr içərisində əhalininin əksəriyyətini müsəlmanlar təşkil edən bir ölkə olmayıb. Olimpiya oyunlarının Türkiyəyə verilməsini məqsədəuyğun hesab edirəm”-deyə o, bildirib. Qeyd edək ki, bu, Türkiyənin olimpiya oyunlarına ev sahibliyi etmək yolunda 5-ci cəhdidi. Belə ki, buna qədər qardaş ölkə 2000, 2004, 2008 və 2012-ci illərdə olimpiya oyunlarının təşkilatçılığı uğrunda 4 dəfə mübarizə aparsa da, hər dəfə bu cəhdlər uğursuzluqla nəticələnib. Hazırda İstanbuldan savayı 2020-ci il Olimpiadasına ev sahibliyi uğrunda Roma, Madrid və Tokio kimi şəhərlər mübarizəyə qoşulub. Qətərin və Cənubi Afrika Respublikasının da bu yarışa qoşulacağı istisna olunmur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018