Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bakıda K-1 üzrə beynəlxalq turnir keçirilib
24-02-2014

“Sərhədçi” Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilib. Final mərhələsinin açılışında çıxış edən K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, “Best of the Best” promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov bildirmişdir ki, yarışda azarkeşlər K-1 ulduzlarının gözəl döyüşlərini izləyəcəklər.

Azərbaycan idmançıları bu yarışa uzun müddətdir ki, hazırlaşırlar. İdmançılarımızın bu yarışda tanınması üçün gözəl şansdır.

Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışan Elnur Məmmədov demişdir ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində respublikamız dünyada idman ölkəsi kini tanınır.

K-1 brendinin sahibi Mayk Kim və K-1 Global holdinqinin direktoru Ned Kuruç tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirmiş, idmançılara uğurlar arzulamışlar.

Qeyd olunmuşdur ki, Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi etmişdir. Belə mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük uğurdur.

Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilmişdir.

Yarışda Azərbaycan idmançılarından 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev hollandiyalı Dennis İppemaya, 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev Böyük Britaniyadan olan Çad Sugdeyə, Ziya Bayramov 77 kiloqram çəki dərəcəsində mərakeşli Omar Al Amraniyə, 72 kiloqramda Tural Bayramov Almaniya idmançısı Marco Groha qalib gəlmişlər.

Digər görüşlərdə isə 85 kiloqram çəki dərəcəsində Samet Keser (Türkiyə) - Lazar Danieli (Rumıniya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Corc Kolin (Surinam)- Samir Kazımovu (Azərbaycan), 63 kiloqramda Zakaria Zouharry (Mərakeş)- Amil Şahmarzadəni, 72 kiloqramda Miodrag Olar (Rumıniya) - Babək Rüstəmovu (Azərbaycan), 71 kiloqramda Cedrik Manhoef (Surinam) -İsmət Ağazadəni (Azərbaycan) məğlub etmişdir.

Gecənin əsas döyüşlərində məşhur Tailand idmançısı Buakav Bançamek ilə Sung Hyung Le (Koreya Respublikası) qarşılaşmışlar. Bu görüşdə Buakav Bançamek qalib gəlmişdir.

Digər yarımfinal görüşündə isə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kelə qarşılaşmışdır. Bu görüşdə isə almaniyalı idmançı üstün olmuşdur.

Yarış dünyanın 80 televiziya kanalında 150-dən çox ölkəyə canlı yayımlanıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016