Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
“Rolan Qarros” turnirində finalçılar müəyyənləşib
06-06-2014

“Rolan Qarros” turnirində, qadınların yarışında finalçılar müəyyənləşib. Həlledici görüşdə Simona Xalep ilə Mariya Şarapova qarşılaşacaq.

Dünyanın 4-cü raketka ustası Simona Xalep yarımfinalda reytinqdə 27-ci olan Andrea Petkoviçlə görüşüb. Rumıniyalı tennisçi ilk setdə asas qələbə qazanıb - 6:2. İkinci hissədə almaniyalı rəqibi Xalepə daha ciddi müqavimət göstərib. Amma tay-brekə qədər uzanan set də gənc tennisçinin xeyrinə başa çatıb - 7:6. Beləliklə, 1 saat 9 dəqiqə davam edən görüşdə qələbə qazanan 22 yaşlı Xalep karyerasında ilk dəfə Böyük Dəbilqə yarışlarında finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi yarımfinalda Ejeni Buşarı məğlub edən Mariya Şarapova olacaq. Rusiyalı tennisçinin 20 yaşlı kanadalı rəqibi ilə qarşılaşması gərgin və maraqlı alınıb. İlk setdə Buşar qələbə qazanıb 6:4. Amma sonradan toparlanan Şarapova çətinliklə də olsa, oyunun gedişini xeyrinə dəyişib. Növbəti setlərdə, müvafiq olaraq,  7:5 və 6:2 hesablarıyla qalib gələn dünyanın 8-ci raketka ustası finala adlayıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018