Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Madrid Open tennis turniri davam edir
03-05-2011

Madrid Open tennis turniri davam edir. Dünyanın güclü tennisçilərinin mübarizə apardığı turnirin mükafat fondu 4 milyon 500 mindir.

Turnirin ilk görüşü fransalı Qael Monfils ilə xorvatiyalı İvan Karloviç arasında olub. Hazırda dünyanın ən güclü onuncu tennisçisi hesab edilən Monfils, xorvatiyalı rəqibini iki setdə məğlub edərək növbəti mərhələyə yüksəlib. Birinci setdə 6-2 hesabı ilə qalib gələn Qael, ikinci setdə tay breykə qədər mübarizə aparmalı olub. Gərgin keçən ikinci set fransalı raketka ustasının qələbəsi ilə başa çatıb. 

Günün ən gərgin görüşü isə amerikalı iki tennisçi Con İşner və Merdi Fiş arasında olub. Qarşılaşma 2 saat 54 dəqiqə çəkib. İlk setdə tay breykdə qələbə qazanan İşner ikinci setdə məğlub olub. 4-6. Sonuncu həlledici setdə də qalib adına tay breykdə aydınlıq gəlib. Əsəbləri daha möhkəm olan İşner qalib olub. 

Digər bir amerikalı Endi Roddik isə italiyalı Flavio Sipolla ilə üzə-üzə gəlib. Bu görüşdə gərgin keçib. Roddik gözlənilmədən məğlub olub. Turnirin 11 nömrəsi Roddik, gözlənilmədən italiyalı rəqibinə məğlub olub. İlk setdə 6-4 hesabı məğlub olan Roddik, ikinci setdə tay breykdə qələbə qazanıb. Amma amerikalı tennisçinin bundan artığına gücü çatmayıb və həlledici üçüncü setdə məğlub olub və mübarizəni dayandırıb.

Sürpriz nəticənin qeydə alındığı digər bir görüş isə hollandiyalı Tiemo de Bekkerlə, ispaniyalı Xuan Karlos Ferrero arasında olub. Hər kəs Ferreronun asan qələbə qazanacağını gözləsə də, nəticə fərqli olub. İlk set ispaniyalının aşkar üstünlüyü ilə başa çatıb. 6-2. Amma sonrakı iki setdə Ferrero məğlub olub. 7-5 və 6-4. Beləliklə Ferrero öz ölkəsində keçirilən turinrin ilk mərhələsindəcə mübarizəni dayandırıb.

 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018