Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Baku Cup-2014” beynəlxalq tennis turnirinə yekun vurulub
28-07-2014

Bakıda qadınlar arasında “Baku Cup-2014” beynəlxalq tennis turnirinə yekun vurulub. İyulun 20-də start götürmüş və Bakı Tennis Akademiyasının dörd kortunda keçirilmiş turnirdə əsas setdə yüksək reytinqli 32 tennis ustası mübarizə aparıb. “WTA Tour”un rəhbərliyi ilə keçirilmiş “Baku Cup -2014” turnirinin mükafat fondu 250 min ABŞ dollarıdır.

“Baku Cup - 2014” turnirinin təkbətək mərhələsində Boyana Yovanovski (Serbiya) və Elina Svitolina (Ukrayna) görüşüblər. Oyun 2:0 ümumi hesabla (6:1, 7:6) E.Svitolinanın xeyrinə başa çatıb. Ukrayna tennisçisinə kubok təqdim olunub. O, 280 reytinq balı və 43000 ABŞ dollar qazanıb. Digər finalçı 180 reytinq balı və 21400 ABŞ dollar alıb.

Qadınlar arasında “Baku Cup - 2014” beynəlxalq tennis turnirində cütlüklər arasında da qaliblər müəyyənləşib. Final oyununda Şaxar Peyer (İsrail) – Raluka Olaru (Rumıniya) və Aleksandra Panova (Rusiya) - Xiter Uotson (İngiltərə) görüşüblər.

Birinci set açıq-aşkar Panova - Uotson cütlüyünün üstünlüyü ilə keçib və cütlük 6:2 hesabı ilə qalib gəlib. İkinci setdə gərgin mübarizə gedib, lakin sonda tay-brekdə Panova - Uotson cütlüyü uğur qazanıb (7:6). Beləliklə, onlar “Baku Cup - 2014” turnirinin qalibi olublar.

Qaliblər 280 reytinq balı qazanıblar və onlara 12300 ABŞ dollarlıq qəbz təqdim edilib. Digər cütlük 180 bal və 6400 ABŞ dolları qazanıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018