Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
“SOCAR Azerbaijan” Avropa Klubları Kubokunda öz qələbəsini təmin edib
20-09-2014

İspaniyanın Bilbao şəhərində şahmat üzrə Avropa Klubları Kuboku uğrunda yarışlar davam edir. Altıncı turda Azərbaycanın “SOCAR Azerbaijan” klubu öz rəqiblərinə böyük hesabla qalib gəlib.

Bu turda şahmatçılarımızın rəqibləri Rusiyanın “Malakhite” klubunun oyunçuları idi. “Malakhite” Azərbaycan super-klubundan bir qədər zəif olsa da, hər halda güclü komandadır. Tur 5:1 hesabı ilə “SOCAR Azerbaijan” klubunun xeyrinə başa çatıb.

Şəhriyar Məmmədyarov, Maykl Adams, Aniş Giri və Banq Hao hərəsi öz aktivinə bir xal əlavə edib, Veselin Topalov və Teymur Rəcəbov isə xalları rəqibləri ilə bölüşüblər.

Azərbaycanın ikinci klubu “Оdlar Yurdu” Rusiyanı təmsil edən “Ladya” komandası ilə sülh bağlayıb. Qrossmeyster Vasif Durarbəyli Qata Kamskidən güclü olub, Rauf Məmmədov, Ülvi Bacarani, Nicat Abbasov və Nicat Məmmədov heç-heçə oynayıb, Qədir Hüseynov isə uduzub.

Yarışların son turu ərəfəsində 100 faiz nəticə göstərmiş “SOCAR Azerbaijan” yeganə liderdir. Onun hesabında 12 komanda xalı vardır. Çexiyanın “G-Team Novy Bor” və Rusiyanın “SHSM Nashe Nasledie” klublarının şahmatçıları liderdən 1 xal, “SPB” (Rusiya), “Malakhite” (Rusiya), habelə “Obiettivo Risarcimento” (İtaliya) komandaları liderdən 3 xal geri qalırlar, “Оdlar Yurdu”nun aktivində 8 xal var.

Yarışın qalibi məsələsi praktiki olaraq həll edilib, yəni Azərbaycan klubu turnirin başa çatmasına bir tur qalmış öz qələbəsini təmin edib.

Sonuncu, yeddinci turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: “SOCAR Azerbaijan”–“SPB”, “Оdlar Yurdu”–“En Passant”.

Avropa klubları arasında qitə çempionatı İspaniyanın Bilbao şəhərində sentyabrın 14-dən 20-dək keçirilir.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018