Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
“Baku Open-2014” Beynəlxalq şahmat festivalına yekun vurulub
01-10-2014

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr olunmuş ənənəvi “Baku Open-2014” Beynəlxalq şahmat festivalı başa çatıb.

A və B qruplarında Azərbaycan ilə yanaşı, 22 ölkədən 250-ə yaxın şahmatçı (32 beynəlxalq qrossmeyster, 19 beynəlxalq usta və 11 FİDE ustası) qələbə uğurunda mübarizə aparıb.

“A” (güclülər) turnirində Rusiya şahmatçısı Ernesto İnarkiyev və Rumıniya təmsilçisi Konstantin Lupulesku 7 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə turnirin qalibi adını Ernesto İnarkiyev qazanıb. Üçüncü yerin sahibi isə 6,5 xal toplayan Macarıstan şahmatçısı Ferenc Berkes olub.

Azərbaycan şahmatçılarından Nicat Məmmədov hesabına 5,5 xal yazaraq 13-17-ci yerləri bölüşdürüb. Zaur Məmmədov, Vüqar Rəsulov, Eltac Səfərli, Loğman Quliyev, Misrəddin İsgəndərov və Nicat Ağayev isə hərəyə 5 xal toplayıblar. Qadınlar arasında isə ən yaxşı nəticəni Xəyalə Abdulla və Nərmin Kazımova ( hərəyə 4,5 xal) göstəriblər.

İran şahmatçısı Aryan Qolami 8 xalla “B” qrupunun qalibi olub. Azərbaycan şahmatçıları Ramil Əlləcov və Şücaət Orucov hərəyə 7,5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.

“Baku Open-2014” Beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edirdi.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016