Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bakıda FIDE-nin 2014/2015-ci illər “Qran-pri” yarışlarının üçüncü turu keçirilib
05-10-2014

Oktyabrın 4-də Bakıda FIDE-nin 2014/2015-ci illər “Qran-pri” yarışlarının üçüncü turu keçirilib.

Turnirdə Fabiano Karuana (İtaliya) – 2844, Aleksandr Qrişşuk (Rusiya) – 2797, Xikaru Nakamura (ABŞ) – 2764, Şəhriyar Məmmədyarov (Azərbaycan) – 2764, Sergey Karyakin (Rusiya) – 2767, Lenyer Dominges (Kuba) – 2751, Boris Gelfand (İsrail) – 2748, Pyotr Svidler (Rusiya) – 2732, Teymur Rəcəbov (Azərbaycan) – 2726, Dmitri Andreykin (Rusiya) – 2722, Rüstəm Kasımcanov (Özbəkistan) – 2706, Yevgeni Tomaşevski (Rusiya) – 2701 iştirak edirlər.

Üçüncü turda Sergey Karyakin Lenyer Domingesə, Boris Gelfand Aleksandr Qrişşuka qalib gəlib, qalan partiyalar heç-heçə başa çatıb. Beləliklə, turnir cədvəlinə İsrail qrossmeysteri Boris Gelfand başçılıq edib.

Üçüncü turdan sonra turnir cədvəlində vəziyyət: Gelfand – 2,5, Karuana, Nakamura, Svidler (hərəyə 2 xal), Karyakin, Kasımcanov, Rəcəbov, Tomaşevski (hərəyə 1,5 xal), Qrişşuk, Dominges, Məmmədyarov (hərəyə 1 xal), Andreykin (0,5 xal).

Bu gün dördüncü turun görüşləri keçirilir. “Qran-pri” turnirinin mərhələ yarışının mükafat fondu 120 min avrodur.

Bu turnirin cəmi dörd mərhələsi keçiriləcək. Hər bir iştirakçı üç turnirdə iştirak etməlidir və onların nəticələri ümumi hesaba yazılacaq. Silsilə yarışların iki qalibi iddiaçıların turnirində iştirak etmək hüquq qazanacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018