Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
“Bakı 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi namizədliyini irəli sürüb.”
09-09-2011

“Bakı 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi namizədliyini irəli sürüb.” Bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir idmançılarımızın London olimpiyadasına hazırlığı və digər məsələlərlə bağlı açıqlamalar verib. Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, paytaxtımızın 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddialı şəhər olması ölkəmizin nüfuzu üçün böyük hadisədir. Azərbaycanda Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etmək üçün idman infrastrukturu yaradılırdığını deyən nazir respublikamızda 31 Olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini, eləcə də daha 9-nun tikintisinin davam etdirildiyini, bunlardan da 3-ün bu ilin sonunadək istifadəyə veriləcəyini bildirib. Azad Rəhimovun sözlərinə görə London olimpyadasında iştirak etmək üçün 170 idmançımız lisenziyası qazanmaq üçün mübarizə aparır. Ölkəmizin 50-ə yaxın lisenziya əldə edəcəyinə inandığını deyən nazir bunun üçün idmançılarımızın böyük potensiala malik olduğunu söyləyib. İdman federasiyalarına ayrılan vəsait barəsində də məlumat verən Azad Rəhimov bildiridi ki, cari ildə olimpiya idman növləri üzrə 4 milyon 610 min manat, qeyri-olimpiya idman növləri üzrə isə 1 milyon 80 min manat vəsait xərclənib. Ramil Quliyevin Azərbaycan millli komandasınının heyətinə qayıdıb-qayıtmayacağı məsələsinə də aydınlıq gətirən nazir sprinterin ya ölkəmizdə çıxış edəcəyəini, əks halda atletin london olimpiya oyunlarında iştirakına qadağa qoyulacağını deyıb. Daha sonra Azad Rəhimov digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018