Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İspaniyada ATP seriyalı “Mutua Madrid Open – 2011” beynəlxalq tennis turniri davam edir
04-05-2011

İspaniyada ATP seriyalı “Mutua Madrid Open – 2011” beynəlxalq tennis turniri davam edir. “Mutua Madrid Open” turnirinin ikinci mərhələsində argentinalı Del Potro Xuan Martin rusiyalı Mixail Yujniylə qarşılaşıb. İlk hissədə 6-1 hesabı ilə üstün olan argentinalı tennisçi növbəti setdə məğlubiyyətlə üzləşib. 6-3. Lakin həlledici isə daha inamlı oyun nümayiş etdirən Xuan Martin 6-3 hesablı qələbə qazanaraq növbəti mərhələyə çıxıb. Daha bir maraqlı qarşılaşma ispaniyalı David Fererlə Fransa idmançısı Adrian Mannarino arasında olub. Görüşün favoriti ispaniyalı tennisçi sayılsa da, Adrian Mannarino rəqibinə ciddi müqavimət göstərib. Gərgin keçən ilk setdə qalib tay brekdə müəyyənləşib. Daha təcrübəli David Ferer 7-5 hesabı ilə qələbə qazanıb. İkinci hissədə üstünlük Fransa təmsilçisinin tərəfində olub. O, rəqibinə bir qeym belə uduzmadan seti xeyrinə başa vurub. 6-0 Lakin David Ferer həlledici setdə məğlubiyyətin əvəzini çıxıb. Eyni hesabla qaıib gələn ispaniyalı tennisçi mübarizəni davam etdirir. Mərhələnin digər görüşlərində argentinalı Xuan Monako fransalı Qael Monfisdən ,  ispaniyalı Qilermo Qarsiya Lopes hollandiyalı Temo de Bakkerdən üstün olub. Qeyd edək ki, ümumi mükafat fondi 3 milyon 706 min avro olan “Madrid Open” turnirinə mayın 8-də yekun vurulacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018