Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İlin ilk mötəbər yarışı başlayır
16-01-2015

Gələn həftə tennis dünyasının yeni ilinə qədəm qoyulur. Avstraliyada ilin ilk "Böyük dəbilqə" seriyalı turnirinə start veriləcək. Ənənəvi olaraq dünyanın ən güclü tennisçiləri Melburna toplaşacaqlar. Artıq turnirin püşkü də atılıb. Qadınlarda dünyanın 1 nömrəsi Serena Uilyams Belçikalı Elison Van Uitvaynkla qarşılaşacaq.Maraqlıdır ki, 2-ci dövrədə onların qalibi Zvonaryova və kvalifikasiyadan gələn tennisçinin qalibi ilə üz-üzə gələcək.

Turnirin 2-ci raketkası Mariya Şarapovanın da ilk turda rəqibi təsnifatdan gələn idmançı olacaq. Qadınların turnirində püşkün tam nəticələrinə buradan baxa bilərsiniz.


Kişilərin yarışında da maraqlı cütlüklər alınıb. Turnirin ötən ilki qalibi Sten Vavrinka Türkiyədən olan tennisçi Marsel İlhanla qüvvəsini sınayacaq. Maraqlıdır ki, yarışların püşkünə əsasən bu hissəyə yapon Key Nisikori də düşüb.

Serbiyalı Novak Cokoviç təsnifatdan gələn tennisçi ilə qarşılaşacaq. Rodjer Federerin rəqibi isə En Xsun Lu olub.

3-cü kvartetdə ən güclü reytinq Rafael Nadaldadır. Bu hissədə ona rəqib kimi turnirin 7-cisi Tomaş Berdıxı göstərmək mümkündür.

Kişilərin yarışında turnirin püşkünün tam nəticələri ilə buradan tanış olmaq olar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018