Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İspaniyanın paytaxtı Madriddə ATP seriyalı tennis turniri davam edir
06-05-2011

İspaniyanın paytaxtı Madriddə ATP seriyalı tennis turniri davam edir. Mükafat fondu 2 milyon 835 min avro olan yarışda favoritlər qələbələrini sıralayırlar.

Turnirin 3-cü turunda isveçli Robin Soderlinq fransalı Jo Vilfred Tsonqa ilə qarşılaşıb. Azarkeşlər ilk dəqiqələrdən gərgin və maraqlı mübarizənin şahid olublar. Xala-xal prinsipi keçən 1-ci hissədə qalib taybrekdə məlum olub. Son anlarda daha dəqiq olan Soderlinq 1-ci seti öz xeyrinə qurtarıb 7-6. Isveçli tennisçi 2-ci setdə də üstünlüyünü əldən verməyib 7-5. Bununla da, Soderlinq ¼ finala vəsiqə qazanıb.

Braziliyalı Tomas Beluççi böyük britaniyali Endi Mürreyi mübarizədən kənarlaşdırıb. Beluççi hər iki setdə rəqibindən güclü olub 6-4, 6-2.

İspaniyalı David Ferrer ukraynalı sergey Staxovskiyi üstələyib. Ilk setdə 6-3 hesablı qələbə qazanan ispaniyalı raketka ustası ikinci setdə taybrekdə rəqibindən güclü olub 7-6.

Yarışın əsas favoritlərindən olan isveçrəli Roje Federer 3-cü turda belçikalı Ksavye Malisslə qarşılaşıb. Hər 2 setdə Federer rəqibindən üstün olub 6-4, 6-3. Bununla da isveçrəli tennisçi ¼ finala adlayıb.

Serbiyalı Novak Cokoviç isə ispaniyalı Gilyermo Qarsiya Lopesi mübarizədən kənarlaşdırıb. Hər iki setdə Cokoviç asan qələbə qazanıb 6-1, 6-2.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018