Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Milli komandamız London-2012-yə daha 4 lisenziya qazanıb.
19-09-2011

Milli komandamız London-2012-yə daha 4 lisenziya qazanıb. Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatının qalibləri müəyyənləşib. Yarışın son 2 günündə Azərbaycan milli komandasının daha 4 üzvü mükafatçılar sırasında yer alıb. Şərif Şərifov (84 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adını qazanıb. O bununla da Olimpiadaya lisenziyanı özü üçün təmin edib. Digər sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Maqomedovun (120 kq) isə mundialda qazancı həm bürünc medal, həm də London Yay Olimpiya Oyunlarına lisenziya olub. Beləliklə, bir həftə davam edən dünya çempionatını milli komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medalla, eyni zamanda 7 lisenziya ilə başa vurub. Yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq) 1-ci, Saman Təhmasibi (84 kq) isə 5-ci pilləni tutub. Hər 2 pəhləvanımız London-2012 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib çıxıb.  Qadınlardan ibarət yığmamızın heyətində Mariya Stadnik gümüş (48 kq), Patimat Baqomedova (51 kq) və Sona Əhmədli (59) bürünc medala yiyələniblər. Stadnik həm də olimpiadada iştirak hüququna yiyələnib. Digər 2 xanım idmançımızın çıxış etdiyi çəki Olimpiada proqramına daxil edilmədiyindən bu medallar lisenziya gətirməyib. Qeyd edək ki, bu dünya çempionatından sonra Azərbaycan milli komandasının London-2012-yə qazandığı lisenziyaların sayı 16-ya yüksəlib. Güləşçilərimizdən öncə isə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018