Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Avarçəkənlərimiz dünya çempionatının 1/4 finalına yüksəlib
01-09-2015

Fransanın Eqebelet əyalətində keçirilən dünya çempionatında Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet mübarizəyə başlayıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) çıxış edən cütlük seçmə yürüşdə Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) duetləri ilə yarışıb. Təmsilçilərimiz finişə 6 dəqiqə 17,11 saniyəyə çataraq, 4-cü yeri tutublar. Bu nəticə ilə onlar Fransa (6:08.80), Yeni Zelandiya (6:10.46) və Avstraliya (6:14.85) cütlükləri ilə birgə 1/4 finala yüksəliblər. Növbəti mərhələ yürüşü sentyabrın 3-də keçiriləcək. 2 nəfərlik qoşa avarlı qayıqla yürüşlərdə ilk "11-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqdakı təmsilçimiz Cavid Əfəndiyev də 1/4 finala yüksəlib. 25 yaşlı avarçəkən təsəlli yürüşündə yalnız puerto-rikolu Jozef Purmandan 1,84 saniyə geri qalaraq, 7 dəqiqə 13,33 saniyə nəticə ilə 2-ci yeri tutub. Hər iki idmançı növbəti mərhələyə yüksəlib. 1/4 final yürüşləri sentyabrın 2-də olacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016