Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İtaliyanın paytaxtı Romada keşirilən “Roma Open” tennis turnirinə start verilib
10-05-2011

İtaliyanın paytaxtı Romada keşirilən “Roma Open” tennis turnirinə start verilib. Turnirin artıq birinci dövrəsinə yekun vurulub.

Ümumi mükafat fondu 2 milyon 750 min avro olan “Roma Open” tennis turnirinə start verilib. Günün maraqla gözlənilən qarşılaşmalarından birində korta Fransalı raketka ustası Jil Simon və Amerika birləşmiş Ştatlarını təmsil edən Endi Roddik çıxıblar. Görüşün ilk seti 6-3 hesabı ilə Fransalı tennisçinin xeyirinə nəticələnib. ikinci setdədaha təcrübəli olan Roddikin təşəbüsü ələ alacağı gözlənilsə də bu baş verməyib. Nəticədə ikinci setdə də eyni hesabla qalib gələn Simon “Roma open” tennis turnirinin növbəti mərhələsinə vəsiqə qazanıb.

Günün digər qarşılaşmasında isə Kolumbiyalı tennisçi Santyaqo Xiraldo və Amerikalı Mardi Fiş üz üzə gəliblər. Oyunun ilk seti gözlənilmədən 6-4 hesabı ilə kolumbiyalı tennisçinin xeyirinə nəticələnib. İkinci setdə təşəbüsü ələ alan Mardi Fiş 6-2 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib. Nəticədə qalibi müəyyənləşdirmək üçün üçüncü setə ehtiyac duyulub ki, burda da 6-2 hesabı ilə qalib gələn Amerikalı raketka ustası növbəti mərhələyə yüksəlib.

Günün digər maraqlı görüşündə isə Belçikalı Kasave Maliss İspaniyalı Qilyermo Lopez Qarsiya ilə münasibətlərini aydınlaşdırıb. Qarşılaşmanın ilk seti tay breklərə qədər uzanıb və sonda daha inamlı oyun nümaiş etdirən Belçikalı tennisçi 7-5 hesabı ilə qalib gəlib. İkinci setdə də daha inamlı oyun nümaiş etdirən Maliss bu dəfə daha asan qələbə qazanıb 6-2. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018