Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Cüdoçumuz Samsun qran-prisində bürünc medal qazandı
02-04-2016

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib. Yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, milli komandamız aktivinə ilk medalı yazdıra bilib.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev 1/4 finala gedən yolda ilk olaraq belçikalı Senne Vins, daha sonra isə çinli Jianqi Anı məğlub edib. 1/4 finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn Müşkiyev yarımfinala adlayıb. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq millimizin aktivinə ilk medalı yazıdırıb.

Bu çəkidə mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmasında tatami sahibi Əhməd Kabaya məğlub olub.

Digər cüdoçularımız – Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə millimiz 11 cüdoçu ilə mübarizə aparır.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018