Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Rio-2016: Bu gün hansı idmançılarımız yarışacaq?
12-08-2016

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Onlar cüdo, atıcılıq, boks və atletika növlərində çıxış edəcəklər. Azərbaycanın cüdodakı sonuncu təmsilçisi olan Uşangi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 17:00-dan etibarən start götürəcək 1/16 final mərhələsində onun rəqibi latviyalı Artur Nikiforenko olacaq.

Saat 19:15-də atıcı Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəş açma yarışına qatılacaq. 26 iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi 13 avqust saat 16:00-da, final mərhələsi isə saat 19:30-da start götürəcək.

Gecə saat 01:15-də boksçu Albert Səlimov 60 kq. çəki dərəcəsində fransalı Sofian Umiha ilə 1/4 final görüşünə çıxacaq. Qələbə təqdirində, Səlimov ən azı bürünc medalı təmin edəcək.

Saat 01:30-da daha bir boksçu Kamran Şahsuvarlı 75 kq. çəkidə 1/8 final döyüşündə rusiyalı Artyom Çebotaryovla üz-üzə gələcək.

Nəhayət, saat 03:40-da atletikanın çəkicatma növündə Anna Skidan mübarizəyə başlayacaq. "B" qrupunda yer alan Skidanın 15 rəqibi olacaq. "A" qrupunda da 16 atlet yer alıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018