Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İnna Osipenko-Radomskaya finalda!
16-08-2016

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.

İdmançımızın rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və Cənubi Afrika Respublikasının təmsilçisi Bricit Ellen Hartli olub.

Məsafəni 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci, ümumilikdə dördüncü yeri tutaraq yarımfinala yüksəlib.

Finala vəsiqə uğrunda idmançımız argentinalı Sabrina Ameghino, Viktoriya Şvarz (Avstriya), Macarıstan təmsilçisi Nataşa Douçev-Yaniç, fransalı Sara Quyot, slovakiyalı Spela Ponomarenko Yaniç, çinlu Yu Jou və Danimarka idmançısı Henriette Hansenə qarşı yarışıb.

O, yarımfinalda daha uğurlu çıxış edib. Məsafəni 39.803 saniyəyə qət edən idmançımız öz qrupunda yenidən birinci, yekunda isə ikinci olaraq finala adlayıb.

Qeyd edək ki, 8 ən güclü kayakçının iştirakı ilə baş tutacaq həlledici yürüş bu gün saat 16:47-də start götürəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018