Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Sahibsiz qalan dünya çempionatı Bakıda!
15-11-2016

Taekvondo üzrə Qran Prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək. 


Bu barədə Ümumdünya Taekvondo Federasiyasının rəsmi saytında məlumat yer alıb.


Yenilənmiş məlumatda bildirilir ki, Qran Pri 9-10 dekabrda, kişi və qadınlardan ibarət komandalar arasında dünya çempionatı isə 12-13 dekabrda "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Qran Pridə olimpiya çəki dərəcələri üzrə dünyanın 16 reytinqli kişi və qadın taekvondoçuları mübarizə aparacaq. Hər çəki dərəcəsində qaliblər 6000 dollar və 80 reytinq xalı, finalçılar 3000 dollar və 48 reytinq xalı, bürünc medalçılar isə 1000 dollar və 28,8 reytinq xalı qazanacaqlar. Dünya çempionatında isə 8 ən güclü komanda yarışacaq. 


Dekabrın 11-də isə Qala gecə təşkil olunacaq. Mərasimdə ən yaxşı taekvondoçu, ən yaxşı baş məşqçi və ən yaxşı milli federasiya mükafatlandırılacaq.  


Azərbaycan Taekvondo Federasiyasının baş katibi Nağı Səfərov "Report"a açıqlamasında qərarın təxminən 1 ay öncə verildiyini bildirib: "Bu yarış açıq qalmışdı, yəni ev sahibliyi etmək istəyən yox idi. Azərbaycana təklif olundu. Biz də düşündük ki, hər iki turniri keçirməyin əhəmiyyəti var və qəbul etdik".


N.Səfərov yarışlarda iştirak edəcək heyətin hələ müəyyənləşmədiyini deyib: "Heyətlər gələn həftə məlum olunacaq. Həm kişi, həm də qadın idmançlarımız yarışacaq. Olimpiya çempionumuz Radik İsayev də heyətdə yer alacaq".


Qeyd edək ki, ötənilki komandalararası dünya çempionatının qalibi Azərbaycan millisi olub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016