Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
21-11-2016

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva və Sevinc Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, həmçinin Milli Olimpiya Komitəsinin nümayəndələri də iştirak edib.

 

Təqdimat mərasimi başlamazdan əvvəl qonaqlar Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən muzeylə və ordakı tarixi eksponatlarla tanış olublar. Ardınca "Ladies on Bikes" klubunun üzvləri növbə ilə tədbir iştirakçılarına təqdim edilib. Qeyd edək ki, klubun ən müxtəlif peşələrdə çalışan ümumilikdə 20-yə yaxın üzvü var və onların sayı günü-gündən artmaqdadır. Xanım velosipedçiləri birləşdirən klubun fəxri üzvü isə Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndəsi, 2 qat dünya çempionu Tamara Polyakovadır.

 

Klub üzvlərinin təqdimatından sonra çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda qadınlardan ibarət bu cür klubların yaradılmasının vacibliyindən danışdı və bu yöndə Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri təqdirəlayiq hesab etdiyini dedi. Qənirə Paşayeva ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipedə özünün də böyük maraq göstərdiyini deyərək, böyük məmnuniyyətlə "Ladies on Bikes" klubunun üzvləri ilə birgə velosiped sürəcəyini sözlərinə əlavə etdi.

 

Milli Məclisin digər deputatı Sevinc Hüseynova, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qadınların idmana bu cür maraq göstərməsinin xoş bir hal olduğunu dedilər.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev xanımların velosiped idmanına cəlb olunmasında göstərdiyi fəallığa görə "Ladies on Bikes" klubunun rəhbəri Nur Axundlunu federasiyanın fəxri diplomu ilə təltif etdi. Tədbir 20 saylı müsiqi məktəbinin şagirdlərinin çıxışları ilə başa çatdı.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016