Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İtaliya klubu "Telekom"la oyun üçün heyəti açıqladı
10-12-2016

İtaliyanın “Konegliano” voleybol klubunun heyəti açıqlanıb. A seriyasının qalibi Çempionlar Liqasında Azərbaycanın “Telekom” komandası üçün 13 oyunçu sifariş edib. Komandanın baş məşqçisi Davide Mazzanti əsasən yerli voleybolçulara güvənəcək. Heyətdə cəmi 4 legioner mübarizə aparacaq.

 İlk turda Bakı təmsilçisini qəbul edəcək “Konegliano”nun heyətində azərbaycanlı voleybolsevərlər üçün tanış simalar da yer alıb. Belə ki, artıq mövcud olmayan “Rabitə” ilə Azərbaycan çempionu olan Katarjina Skorupa və “Bakı”nın Super Liqada bürünc medal qazanmasında xüsusi rolu olan Karolina Kostaqrande bu dəfə təmsilçimizə rəqib olacaq.

“Konegliano”nun heyəti: 1. Serena Ortolani, 2. Samanta Brisio (Meksika), 4. Ofeliya Malinov, 5. Berenika Tomsya (Polşa), 6. Eliza Çella, 7. Rafaela Folye, 8. Katarjina Skorupa (Polşa), 9. Silviya Fori, 10. Monika Di Cennaro, 11. Anna Danezi, 12. Karolina Kostaqrande, 15. Robin de Kreyf (Hollandiya), 18. Cenni Barazza

Qeyd edək ki, “Telekom” I turda məhz “Konegliano”nun qonağı olacaq. Matç dekabrın 14-də baş tutacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016