Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
S.Abitebul: “Red Bull və Toro Rosso müqavilələri gücümüzü göstərir”
18-12-2016

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, Red Bull və Toro Rosso-nun onlarla yeni müqavilə imzalaması Renault-nun gücündən xəbər verir. F-1.az xatırladır ki, 2015-ci ildə Renault mühərriyi istənilən səviyyədə olmadığı üçün Red Bull komandası ilə münasibətlər son həddə çatmışdı. Amma buna baxmayaraq, tərəflər müqaviləni daha 1 il uzatmışdılar.

Amma Renault builki mövsümə daha yaxşı başlamış və Monakoda etdikləri yeniliklərlə Red Bull yenidən podium və qələbə uğrunda mübarizəyə qayıtmışdı. Avstriyalılar bundan sonra Renault ilə müqaviləni uzatmışdılar. Toro Rosso isə birillik fasilədən sonra yenidən Renault mühərriklərinə qayıdıb.

Siril Abitebul: “Red Bull və Toro Rosso ilə bağladığımız müqavilə builki inkişafımızın göstəricisidir. 2016-cı il Enstoun və Viri bazalarını canlandırma, komandanı yenidənqurma və Renault Sport-la Renault-Nissan alyansı arasındakı əməkdaşlıq əmələ gətirmə ili oldu. Formula1-ə qayıtmaq Renault-nun perspektivini qaldırmaq üçün çox vacib oldu.

Renault-Nissan olaraq ailəmizin digər üzvü olan İnfiniti-yə də təşəkkür edirik. Hibrid texnologiyasındakı təcrübələrindən istifadə edərək komandanın yeni ERS sistemini təkmilləşdirməkdə böyük rol oynadılar. Bundan başqa, keyfiyyətli yanacaq və yağları ilə mühərriyin performansını artıran Total-a da təşəkkür edirik”.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016