Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Taekvondo millilərimizdən 6 qızıl medal
13-03-2017

Hollandiyanın Eyndhoven şəhərində keçirilən "Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.

G1 kateqoriyalı yarışın son günündə Azərbaycanın gənc və böyüklərdən ibarət yığma komandaları daha 5 medal qazanıb.

45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçu Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və olimpiya çempionu Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçu Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olub. Beləliklə, milli komandalarımız İki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 10 medalla başa vurub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016