Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Şəhriyar Məmmədyarov Kramniki məğlub edib
28-04-2017

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki qara fiqurlarla məğlub edib. Altı saat 22 dəqiqə davam etmiş görüşdə Kramnik 70-ci gedişdən sonra təslim olub.

Teymur Rəcəbov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Digər görüşlərdə ingiltərəli Maykl Adams hindistanlı Pentala Harikrişna ilə xalları yarı bölübsə, bolqarıstanlı Veselin Topalov ukraynalı Pavel Elyanovu, ABŞ təmsilçisi Uesli So rusiyalı Sergey Karyakini yenib.

Beləliklə, sona 3 tur qalmış Məmmədyarov xallarını 4,5-ə çatdıraraq, liderliyini davam etdirir. Topalov, So və Adams hərəyə 3,5 xalla, Elyanov 3 xalla, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek hərəyə 2,5 xalla, Harikrişna isə 2 xalla sonrakı yerlərdə qərarlaşıb.

VII turda Məmmədyarov - Adams, Elyanov - So, Rəcəbov - Topalov, Karyakin - Kramnik və Harikrişna - Voytaşek görüşləri keçiriləcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016