Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Beş boksçumuz dünya çempionatına lisenziya qazandı
21-06-2017

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb. Millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Antoni Ceyms Uolkerlə (İrlandiya) üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Olimpiya mükafatçımız Emmet Brennanla (İrlandiya) döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayacaq.
 
Abdulqadir Abdullayev də Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şott Antoni Forresti (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü Çeavan Klarka (İngiltərə) qarşı keçirəcək.
 
1/8 finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.
 
Beləliklə, yığmamızın 5 üzvü mübarizəni bu gün keçiriləcək 1/4 finalda davam etdirəcək. Onlar həmçinin dünya çempionatında iştirak hüquqa da yiyələniblər.
 
Qeyd edək ki, Şahsuvarlı və Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, Mateuş Polski (Polşa), Yevgeni Barabanov (Ukrayna) və Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcəklər.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016