Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan istehsalı olan velosipedlərin təqdimatı keçirilib
08-07-2017

Azərrbaycan istehsalı olan velosipedlərin yeni modellərinin təqdimatı keçirildi. İyulun 6-da “Park Bulvar” AVM-də Azərbaycanın ilk milli velosiped brendi "İSMA BİKES"ın yeni modellərinin təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökümət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, peşəkar və həvəskar velosipedçilər, həmçinin velosiped satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Təqdimat mərasimi İsmayıllı Velosiped Zavodunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı.

Qeyd edək ki, "İSMA BİKES" velosipedlərinin istehsal olunduğu İsmayıllı Velosiped Zavodu bir neçə ay əvvəl fəaliyyətə başlayıb və zavodun açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.

İllik istehsal gücü layihə üzrə 30 min ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etmiş və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb.

İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərir və şirkətin icraçı direktoru İsmayıl Süleymanov çıxışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istifadəyə verilən İsmayıllı Velosiped Zavodunda çalışanların böyük əksəriyyətinin rayon sakinləri olduğunu vurğulayıb. O, zavod məhsullarının "Made in Azerbaijan" brendi ilə istelsal olunduğunu deyərək bunun təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirib.

"Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa idmançı sayının artmasına da təkan verəcək" - deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və belədə idman nəticələrinin artması da özünü çox gözlətməyəcək.

Son illər velosipeddən ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi istifadə hallarının artdığına toxunan S. Ələkbərov bunun insanların, xüsusilə gənclərin sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını bildirib və yaxın gələcəkdə yeni velosiped yollarının salınması təcrübəsinin geniş yayılmasının vacibliyini də vurğulayıb.

Tədbir iştirakçılarına məlumat verilib ki, "İSMA" markalı velosipedlər bazara hələ yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb. Məsələn, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə olduqca sıx əməkdaşlıq edən, "Olympic Moves Azerbaijan" hərəkatına yaxından dəstək verən, dünyanın ən məşhur brendlərindən olan "Coca-Cola" şirkəti ilə İsmayıllı Velosiped Zavodu arasında artıq 200 ədəd "İSMA" velosipedinin alınması ilə bağlı müqavilə imzalanıb. Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəliblər.

Daha sonra İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanov istehsal prosesi, bazara çıxarılan yeni velosipedlər barədə ətraflı məlumat verərək qonaqları yeni modellərlə tanış edib.

Qeyd edək ki, yeni "İSMA BİKES" velosipedləri iyulun 12-dək "Park Bulvar" AVM-də sərgilənəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016