Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Güləş federasiyasının vitse-prezidenti: “İslamiadada mükafat alanların da pulu yoxdur?”
29-07-2017

“Federasiya təmsilçisi olaraq maliyyə məsələlərini biz həll etmirik. Təlim-məşq prosesinə cavabdeh adamlarıq. Maddi problem hər yanda var. Onda gərək, heç kim evdən çölə çıxmasın”.  Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləşçilərin bugünkü etiraz aksiyasına münasibət bildirərkən deyib. 

Federasiya rəsmisi deyib ki, yığma üzvləri hazırda məşqə çıxırlar və dünya çempionatına hazırlıq gedir: “Hərə öz işi ilə məşğul olmalıdır. Maaş gecikə də bilər, bunu qəbul etmək lazımdır. Ölkənin şərəfini qorumaq pulla, maddiyatla ölçülürsə, sözüm yoxdur. Vəziyyət bu gün-sabah düzəlməlidir. Problem hər yerdə var. Bu o demək deyil ki, sən məşqə çıxmamalısan, hazırlıq keçməməlisən.  
Orada adamlar var ki, İslamiadadan bir ay keçməyib, sağlıqlarına qismət, mükafat alıblar. Onlar da maliyyə problemin qabardırlar? Onlar da digərlərinə qoşulurlarsa, sözüm yoxdur. Hərə öz işi ilə məşğul olsun. Hər şey öz yerin tapacaq. Komanda üzvləri məşqə çıxırlar. Dünən təlim-məşq toplanışında olmuşam. Güləşçilərin hamısı orda idi, dünya çempionatına hazırlaşırlar. Təbii ki, narazı fikirli adamlar var. Öz etirazlarını müxtəlif formada bildirirlər. Adamı yandıran odur ki, heç yığmanın əsas üzvlərindən danışanlar azdır, daha çox komandaya bir o qədər də lazım olmayanlar söz-söhbət salırlar. Özləri bilər, hərənin öz fikri var. Şərait yüksək səviyyədə olanda təşəkkür etmirdilər. Federasiyanın bundan da ağır günləri olub. Həmin mərhələləri keçə-keçə bu nailiyyətləri əldə etmişik. Bu çətinliklərə qatlanmayanlara heç ehtiyac da yoxdur”.

E.Cəfərov yığmalarda həkim sayının azalmasına da aydınlıq gətirib: "O qədər həkimin orada olmasına ehtiyac da yoxdur. Zamanında bir həkimin yerinə beşi vardı. Heç onda demirdilər ki, beş həkimi, beş masajçını nə edirsiniz? Kimsə başqa yerdə iş axtarışındadırsa, sistem dayanmalı deyil ki...”.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016