Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Qəbələ"nin yeni transferi komandadan gedir
12-08-2017

"Qəbələ" yay fasiləsində transfer etdiyi ispaniyalı futbolçu Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırır. Klubun meneceri Səbuhi Səfiyarlı Sport24.az-a açıqlamasında bu addımın legionerin təşəbbüsü ilə bağlı olduğunu bildirib.

Səfiyarlı buna etiraz etmədiklərini söyləyib: "O, komandamızda yalnız 1 oyun keçirdi. Bu, Avropa Liqasında ilk matçımız - "Yagelloniya" ilə "Bakcell Arena"dakı qarşılaşma idi. Ondan sonra zədəsi olduğundan Polşadakı cavab matçında "18-lik"dən kənarda qaldı. "Panatinaikos"la matçlarda isə iştirak ərizəsinə düşmədi. Bundan sonra özü gəlib dedi ki, getmək istəyirəm. Biz də buna etiraz etmədik. Ona görə də qarşılıqlı razılaşma əsasında müqaviləni pozacağıq".

Klub rəsmisi legioneri hələ yola salmadıqlarını diqqətə çatdırıb: "Hazırda sənədləşmə işləri gedir.  Bilmirik ki, variantı var, ya yox. Sadəcə, özü yaxınlaşıb getmək istədiyini dedi. Onu da bildirdi ki, burda legioner limiti də var, yəqin ki, oynaya bilməyəcəm. Digər legionerlərimizdən belə bir istəklə bizə müraciət edən hələ ki yoxdur". 

Xatırladaq ki, Polşanın “Qurnik Lençna” klubundan gələn 28 yaşlı Qonzales "Qəbələ"nin yayda heyətinə qatdığı ilk legioner olub. Onunla 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016