Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Daha 2 boksçumuz AÇ-nin yarımfinalında!
26-10-2017

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

Onlardan daha 2-si yarımfinala yüksəlməklə, bürünc medalı təmin ediblər.

Belə ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşünü xeyrinə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 4-ə çatıb. Oktyabrın 27-də keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdovı ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) üz-üzə gələcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016