Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Sərbəst güləşçilərimiz Rusiyadan 1 qızıl və 1 bürünc medalla qayıdır
31-10-2017

Ötən həftə sonu Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçirilib. 

Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları ilə birgə turnirdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. 

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Təmsilçimiz ardıcıl olaraq Rusiya idmançıları Batırbek Çakulov, Artur Xaçatryan, finalda isə Zaur Makiev üzərində inamlı qələbə qazanıb. 

Bürünc medalı isə yığmamıza 57 kq çəkidə mübarizə aparan Mahir Əmiraslanov qazandırıb. Həlledici görüşdə güləşçimiz Rusiya idmançısı İsmail Qadjiyevdən üstün olub. 

Komanda hesabında yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Qazaxıstan komandası tutub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016