Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan güləş yığmalarının Avropa Millətlər Kuboku üçün heyəti açıqlanıb
08-11-2017

Azərbaycanın sərbəst və qadın güləşi üzrə yığma komandalarının Rusiyanın paytaxtı Moskvada Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirində iştirak edəcək heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, millinin heyətində ümumilikdə 16 idmançı yer alıb. Komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparacaqlar.

Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.

Sərbəst güləş millisi isə Moskvaya baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında yollanacaq. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov ( hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, noyabrın 11-də qrup, ertəsi gün final görüşləri baş tutacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016