Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan Qran Prisi 2017-ci ilin ən yaxşı yarışı seçildi
13-12-2017

Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin ən yaxşı yarışı seçilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  verilən məlumata görə, Azərbaycanın paytaxtında gerçəkləşən mərhələ dünyanın aparıcı kütləvi informasiya vasitələrinin sorğusunda birinci olub.

"Daily Mail”, "Sky Sports”, "The Times”, "Bild am Sonntag”, "ViaSat” kimi nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardığı sorğuda əksəriyyəti Bakıdakı yarışı fərqləndirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisində "Red Bull” komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanıb. Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində yaşanan ən yaddaqalan hadisələrdən biri olub. Bundan başqa, Formula 1-in təkər təchizatçısı "Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub.

Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016