Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Güləş federasiyasında yeni təyinat
24-01-2018

Azərbaycan Güləş Federasiyasında (AGF) milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib. Federasiyanın I vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə güləş hakimlərinin bugünkü səviyyəsindən, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb. 

F.Umudov Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimləri təbrik edib. O bildirib ki, hazırda Olimpiya Oyunlarını idarə etmək hüququna malik 2 nəfər I-S, 3 nəfər I, 7 nəfər II, 8 nəfər isə III dərəcəli beynəlxalq kateqoriyalı hakim var. 

Federasiya rəsmisinin fikrincə, say və kateqoriya daha yüksək ola bilər: "Bunun üçün hər bir milli və beynəlxalq dərəcəli hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. AGF rəhbərliyi tərəfindən güləşçilərlə yanaşı, hakimlərin hazırlığı, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsi də daim diqqət mərkəzində olub, bundan sonra da belə davam edəcək". 

Görüşdə, həmçinin, AGF Hakimlər Kollegiyasına sədr təyinatı da elan edilib. Bu vəzifə beynəlxalq dərəcəli hakim Qərib Əliyevə həvalə olunub. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016