Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan komandası Qar Polosu üzrə Dünya Kubokunda uğurla çıxış edib.
29-01-2018

26-28 Yanvar aralığında İsveçrənin St.Moritz şəhərində Qar Polosu üzrə sayca 34-cü Dünya Kuboku keçirilib. Yarışda yerli “Badrutt’s Palace” klubu ilə yanaşı “Cartier” , “Maserati” və “Odlar Yurdu Azərbaycan” komandaları da iştirak edib.

Turnirin ilk oyununda meydana “Cartier” və “Badrutt’s Palace” komandaları çıxıblar. Oyun “Cartier” poloçularının 5-2 hesablı qələbəsi ilə başa çatıb. İkinci oyunda “Maserati” və “Odlar Yurdu Azərbaycan” komandaları qarşılaşıblar. Gərgin keçən oyun “Maserati” komandasının 2 – 1.5 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin ikinci günü də azarkeşlər maraqlı mübarizənin şahidi olublar. Əvvəlcə “Cartier” və “Maserati” komandaları üz üzə gəliblər. 2017-ci ilin qalibi “Cartier” bu dəfə də inamla çıxış edərək qarşılaşmanı 3.5 – 2 hesabı ilə öz xeyirinə başa vurub. Nəticədə komanda oyunun qalibi üçün nəzərdə tutulmuş “Maserati Kuboku”nu qazanıb. Günün ikinci oyununda isə “Odlar Yurdu Azərbaycan” komandası və “Badrutt’s Palace” poloçuları üz üzə gəliblər. İlk oyunda məğlub olan komandamız bu dəfə daha qətiyətlə çıxış edərək 9-4 hesabı ilə üstün olaraq, bu qarşılaşmanın qalibi üçün nəzərdə tutulmuş “Deutsche Bank Challenge” kubokunun sahibi olub.

Turnirin final mərhələsində isə əvvəlcə bürünc mükafatın sahibi məlum olub. “La Martina kuboku” uğrunda “Odlar Yurdu Azərbaycan” və “Badrutt’s Palace” komandaları görüşüblər. Yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, ardıcıl ikinci qələbəsini qazanan “Odlar Yurdu Azərbaycan” komandası “La Martina kuboku”na sahib olub.

Final oyununda isə meydana “Cartier” və “Maserati” komandaları çıxıb.  “Cartier” komandası rəqibini 4.5 – 4 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə “Cartier Trophy” Dünya Kubokunu qazanıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016