Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
AŞ-nin Anti-Dopinq Konvensiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi arasında görüş keçirilib
07-02-2018

Bu gün Milli Olimpiya Komitəsində Avropa Şurasının Anti-Dopinq Konvensiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti arasında görüş keçirilib.

Görüşdə Avropa Şurasının Anti-Dopinq Konvesiyası mütəxəssislərindən Dünya Anti-Dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili, Milli Olimpiya Komitəsindən vitse-prezident Çingiz Hüseynzadə, baş katib Ağacan Əbiyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edib.

Görüşün məqsədi hazırda Azərbaycandakı mövcud anti-dopinq qanunvericiliyi, siyasət və quruluş vəziyyətini təhlil etmək, lazımi yönlərdə inkişafına kömək göstərməkdən ibarətdir.

Tədbirdə MOK və AMADA əlaqələri müzakirə olunub. 2016-cı ildə imzalanmış memorandum əsasında Milli Olimpiya Komitəsi və Azərbaycan Anti-Dopinq Agentliyi idmançıların ciddi ziyan vuran və güclü təsir edən maddələrdən istifadə etməsinin qarşısını almaq məqsədilə sıx əməkdaşlıq edir.

Əlavə olaraq, Milli Olimpiya Komitəsinin “2018 - Anti-dopinq ili” layihəsi nəzərdən keçirilib. Burada idmançılar və məşqçilərə seminarların keçirilməsi, media nümayəndələri ilə açıq görüşlər, müxtəlif idman federasiyaları ilə təlimlərin keçirilməsi aiddir.

Sonda mütəxəssislərin layihə və Azərbaycandakı anti-dopinq vəziyyəti ilə bağlı sualları cavablandırılıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016