Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"İdman Azərbaycan" Bakı Futbol Liqasının qalibi oldu
16-04-2018

Bakı Futbol Liqası (BFL) başa çatıb. Ötən gün Vətən Akademiyasının stadionunda turnirin qalibi olan "İdman Azərbaycan" kanalının komandasının mükafatlandırma mərasimi keçirilib.

Mərasimdən sonra BFL-n direktoru Natiq Əlixanov turnirlə bağlı təəssüratlarını bölüşüb: "Hər liqada təşkilatçı üçün müəyyən çətinliklər olur. Gözləntilərimiz özünü doğrultdu. Turnirin ilk ili idi, amma çox razı qaldım. Növbəti planımız yay aylarında Bakı Futbol Liqası Kuboku yarışını həyata keçirməkdi. Kuboka bu mövsüm Bakı Futbol Liqasında iştirak etmiş 10 komandadan əlavə iştirakların da qatılması gözlənilir. Ümumilikdə 32 komanda iştirak edə bilər. Artıq maraqlananlar var. Rəsmi müraciət olmasa da, "Facebook" səhifəmizə yazanlar olur. "BFL Cup"ın qalibi üçün 5 min manat pul mükafat nəzərdə tuturuq. Amma qalib komandanın növbəti mövsüm pulsuz iştirakı mükafat sırasına daxil edilə bilər. Həmçinin çempionat və kubokun qalibləri arasında Super Kubok oyununun keçirilməsi də nəzərdə tutulub".

Direktor indi bütün diqqətlərinin Moskvada keçiriləcək dünya çempionatında olduğunu bildirib: "Hələlik növbəti çempionatla bağlı hazırlıqlara başlamamışıq. Hazırda diqqətimizi Moskavada keçiriləcək Dünya çempionatına yönəltmişik. Qalib komanda olan "İdman Azərbaycan"ın səfər, hotel, qidalanma xərcləri, yarışlarda iştirak üçün lazım olan 3000 avro pul BFL tərəfindən ödəniləcək. Bundan başqa komanda üçün hədiyyə gəzinti də nəzərdə tutulur. May ayında keçiriləcək yarışdan sonra kubok və növbəti mövsüm barədə düşünəcəyik. Ümumiyyətlə çempionatımıza maraq böyük idi. 2-ci dövrənin ortalarında yarışlara qatılmaq üçün müraciət edənlər oldu".

Natiq Əlixanov sponsorlardan da danışıb: "Kristal Abşeron" şirkəti əvvəlcədən bizə dəstək göstərir. "AtaBank" komandası yarışlarda iştirak edir, biz şirkətə təklif etmişik və razılıq əldə edilib. "Baku City Hospital"la əməkdaşlıq edirik, kimsə yarışlarda xəsarət alsa, bu klinika həmin şəxs üçün xidmət göstərəcək".

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016