Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İki boksçumuz Avropa çempionu oldu
17-10-2018

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının rəsmi saytı xəbər verir ki, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandada Əli Zamanovla (48 kq) Murad Allahverdiyev (80 kq) Avropa çempionu tituluna yiyələnib. Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib. Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Zamanov Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya), Krasimir Churov (Bolqarıstan) və Mixail Taranunun (Moldova) ardından Jo Makqraili (İngiltərə) də məğlub edib. Təmsilçimiz bu gün baş tutan final döyüşündə rəqibinə 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gələrək, qızıl medala layiq görülüb. 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda rəqibindən üstün olub. O, irlandiyalı Patrik Myersi 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Allahverdiyev bu döyüşədək türkiyəli Əmir Böyükdağ, belaruslu Vladislav Novikov və rusiyalı Andrey Voyvodinə də qalib gəlmişdi.

Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran Əhməd Əhmədov (+80 kq) isə bir gün öncə yarımfinalda macarıstanlı Levent Kissə 1:4 (27:30, 29:28, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olduğundan 3-cü yeri tutmuşdu.

Qeyd edək ki, oğlanların yarışında 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 3-cü olub. Millimizi Rusiya və Bolqarıstan qabaqlayıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018