Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
AÇ: 3 boksçumuz yarımfinala vəsiqə qazanıb
14-03-2019

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb. Azərbaycan millisinin 3 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.
Baş məşqçi Vaqif Şirinovun komandasından Rüfət Hüseynov (49 kq) Attila Bernatla (Macarıstan) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (29:27, *28:28, *28:28, *28:28, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Rusiya idmançısı Volodya Mnatsakanyanla döyüşəcək. Qarşılaşma martın 15-də olacaq.

Cəbrayıl Yelekov (81 kq) da 1/4 finaldakı çıxışını qələbə ilə bitirib. O, bu dəfə Kristin Nikolovu (Bolqarıstan) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Təmsilçimiz final üçün Aleksandr Poxrebnyakla (Ukrayna) gücünü yoxlayacaq. Bu görüş martın 16-na təsadüf edəcək.

Həmin gün yığmamızın digər üzvü Məhmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq. O, 1/4 finalda Vladislav Muravinə (Rusiya) 5:0 (30:27, 29:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Həmyerlimiz yarımfinalda xorvatiyalı Luka Pratlyaçiçlə qarşılaşacaq.

Bu boksçulardan fərqli, Ruslan Rüstəmov (60 kq) 1/4 final səddini keçə bilməyib. Təmsilçimiz Dmitri Tsaşkeviçlə (Belarus) gərgin keçən döyüşdən 2:3 (28:29, 29:28, 29:28, 27:30, 28:29) hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə o, çempionatı 5-ci pillədə başa vurub.

Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu gün isə Avropa çempionatında istirahət günüdür.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018