Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Paracüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub
15-05-2019

Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri turniri sona yetib. Yarışda 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

Ümummilli lider Heydər Əliyevin  xatirəsinə həsr olunan  turnirdə Azərbaycan millisi  21 idmançı ilə təmsil olunub.

Yarışın sonuncu günündə kişilər  90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlar isə  63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.

Turnirin ikinci günündə 9 paracüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Təmsilçilərimizdən Rövşən Səfərov finala qədər inamla irəliləyib. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuz  növbəti mərhələdə Türkiyə idmançısı İbrahim Bölükbaşı 3 saniyəyə ipponla məğlub edərək yarımfinala adlayıb. Növbəti görüşündə də idmançımız ukraynalı Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rövşən Səfərov İran idmançısı Vahid Nuriyə məğlub olub və gümüş medala layiq görülüb.

Altmış kiloqram çəkidə çıxış edən Xanım Hüseynova isə bürünc medala sahib olub.

Kişilər arasında iranlı Vahid Nuri (90 kq), Böyük Britaniya idmançısı Kristofer Skelley (100 kq) və özbəkistanlı Şirin Şaripov (+ 100 kq) qalib  adını qazanıblar.

Qadınların mübarizəsində isə özbəkistanlı Nafisa Şeripboyeva (63 kq), meksikalı Lenia Ruvalkava (70 kq) və İtaliya təmsilçisi Karolina Kosta   (+ 70 kq)  fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

"Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018