Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Dörd cüdoçumuzun bürünc şansı - Avropa Oyunları
24-06-2019

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların mübarizəsi davam edir.
Üçüncü yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxıb.
Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) də məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə isə türkiyəli Mikayıl Özerlərinə məğlub olub. Təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edən Mehdiyev bürünc medal uğrunda yarışaca.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinə qalib gəlib. O, 1/4 finalda fransalı Cyrille Maretə uduzub. O, təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi məğlub edib və bürünc medal uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçə rəqib olub.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. O, bu mərhələdəki rəqibi Toma Nikiforova (Belçika) uduzub.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub. İdmançımız bürünc medal uğrunda avstriyalı Ştefan Xedyi ilə qarşılaşacaq.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbsi (Almaniya) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Böyük Britaniyadan olan Sara Edlinqtona uduzub. irina bürünc medal uğrunda görüşdə ukraynalı Qalyana Tarasova ilə üz-üzə gələcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018